Qaxda heyvanlar peyvənd olunur, mal-qaranın saxlanıldığı ərazilər dezinfeksiya edilir…

  • SpaceTV
  • 20 Aprel 2020 13:44

Qaxda heyvanlar peyvənd olunur, mal-qaranın saxlanıldığı ərazilər dezinfeksiya edilir…

Xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktik peyvəndləmə, dezinfeksiya və digər tədbirlər davam etdirilir. Qeyd olunan tədbirlər rayon Baytarlıq İdarəsinin 12 sahə baytarlıq məntəqəsi tərəfindən aparılır. Baytar həkimlər karantin rejimi dövründə gigiyena qaydalarına əməl etməklə bu işləri bütün təsərrüfatlarda həyata keçirirlər…

Qax rayonu ilə yanaşı qonşu Zaqatalada da dabağa qarşı qabaqlayıcı tədbirlər görülür. Heyvanların dabağa qarşı peyvənd olunması üçün Zaqatalaya 36 min 200 ədəd vaksin gətirilib. Artıq işlərin səksən faizi yekunlaşıb.

Qeyd edək ki, Xüsusi karantin rejimində fəaliyyətinə icazə verilən qrumlardan biri də Dövlət Baytarlıq Xidmətidir ki, həmin xidmətin rayon və şəhər baytarlıq idarələrində baytar həkimlər təsərrüfatlarda olan heyvanların xəstəliklərə yoluxmaması üçün qabaqlayıcı tədbirlər görür…

İlkin Piranov SPACE TV

Paylaş

 Xəbəriniz olsun