Qaxda donuz qripinə qarşı mübarizə

  • Space TV
  • 31 Yanvar 2020 15:17

Gürcüstan Respublikası ilə ölkəmizin Şimal-qərb bölgəsində 3 rayonun ərazisi  sərhəddir.Bunlar Qax, Zaqatala və Balakən rayonlarıdır.Şimal-qərb  bölgəsində donuzçuluq təsərüfatı Qəbələ rayonunda və Qaxda qeydiyata alınıb.Təkcə Qax rayonunda 600  başdan çox donuz bəslənir.Milliyyətcə gürcü olan Qax rayon sakini Eteri Babacanaşvili donuz saxlamağın onlarda ata-baba peşəsi olduğunu söyləyir.O,bu günə qədər təsərrüfatında bir dəfə də olsun hansısa bir xəstəliyin olmadığını bildirir.Ancaq qabaqlayıcı tədbirlər mütləqdir.

Gürcüstanla həmsərhəd olan Qax rayonunda baytarlıq idarəsi rəsmi məktub əsasında qabaqlayıcı tədbirlərə başlayıb.Dezinfeksiya və mexaniki təmizlənmə işləri ilə yanaşı donuz saxlayan fermerlər arasında maarifləndirmə işləri gücləndirilib.Əsas tapşırıq donuzları qapalı şəraitdə saxlamaqdır.

Donuz qripinә donuzlarda rast gәlinir. O A tipli qrip virusunun nәfәs yolu ilә yoluxması nәticәsindә ortaya çıxır vә bu xәstәlik sürәtlә yayıla bilir.Donuz qripinә insanlar donuzlarla yaxın tәmas nәticәsindә yoluxa bilәr.

Xәstәlәyin yoluxma ehtimalı yüksәk, ölüm ehtimalı isә nisbәtәn aşağıdır.Virus donuzlar arasında nәfәs alma vasitәsilә, bir başa vә xәstәlik әlamәti bilinmәyәn virus daşıyıcısı olan donuzlar vasitәsilә yayılır. Xәstәlik donuzlarda bütün il boyu özünü biruzә verә bilәr.

İlkin Piranov SPACE TV

Paylaş

 Xəbəriniz olsun