Alça ağacı qışda çiçək açdı…

  • Space TV
  • 30 Dekabr 2019 15:53

Təbiət öz şıltaqlığını bir daha göstərdi.Alça ağacı qışda çiçək açdı…

Maraqlı və qeyri-adi təbiət hadisəsi rayonun Qaxbaş kəndində Dünya Məmmədovanın həyətyanı sahəsində qeydə alınıb.Bayram öncəsi həyətində təmizlik işləri aparan xanım gördüklərinə öncə inanmayıb.Daha sonra diqqətlə baxdıqdaalça ağacının çiçəklədiyinin şahidi olub.

Mütəxəssizlərin sözlərinə görə,alça ağacı yazda çiçək açmalıdır.Qışda ağacın çiçəkləməsi anormal hadisədir.Ağacın çiçək açdıqdan sonra bar verməsi isə mümkünsüzdür.Çünki,havanın soyuq olması tozlanmanın qarşısını alır və yeni açan çiçəklər yanır.Qeyd edək ki,ağacın çiçək açdığı Qaxbaş kəndi dağlıq kənddir və burada havanın temperaturu əksər vaxtlar aşağı olur.

İlkin Piranov SPACE TV

Paylaş

 Xəbəriniz olsun