Qaxda bir tona yaxın qarğıdalı oğurlayan dəstə saxlanıldı – FOTO

  • Space TV
  • 9 Fevral 2021 11:15

Qax Rayon Polis Şöbəsinə şəhər ərazisində yerləşən taxıl anbarından bir tona yaxın qarğıdalının naməlum şəxslər tərəfindən oğurlanması barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş müraciət əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən üç nəfər- Cəbrayıl rayon sakini Zaur Heydərov, Qax rayon sakinləri Elşən Əfəndiyev və Madonna Kuloşvili saxlanılıb. 

Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxslər oğurladıqları qarğıdalını Elşən Əfəndiyevin yaşadığı ünvanda həyətyanı sahədəki tikilidə gizlədiblər və bir müddət keçdikdən sonra satmaq niyyətində olublar. Polis əməkdaşları tərəfindən keçirilən operativ tədbirlərlə qarğıdalı kisələri gizlədildiyi yerdən götürülərək istintaqa təqdim edilib.

Faktla bağlı Qax Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, həmin şəxslərin digər cinayət əməllərində iştiraklarının olub-olmaması araşdırılır.

Paylaş

 Xəbəriniz olsun