Qaxda avtomobil idarəetməni itirib, həyətə girdi, xəsarət alan var

  • SpaceTV
  • 9 Noyabr 2019 11:57

Qaxda avtomobil idarəetmədən çıxaraq həyətə girib.

SPACE TV xəbər verir ki, bu gün axşam saatlarında şəhərin H.Əliyev prospekti ilə hərəkət edən minik avtomobili idarəetmədən çıxaraq sakinlərdən birinin həyət qapısına çırpılıb. Nəticədə həyət qapısı yararsız vəziyyətə düşüb, avtomobildə olan bir nəfər sərnişin – 17 yaşlı Sumqayıt şəhər sakini Nicat Rəsulov Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanada ilkin tibbi yardım göstərilən N.Rəsulov xəsarəti yüngül olduğundan evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır. 

Paylaş

 Xəbəriniz olsun