Qaxda 30 yaşlı qadın yoxa çıxıb

  • SpaceTV
  • 6 Dekabr 2019 12:32

Qaxda 30 yaşlı qadın itkin düşüb.

SPACE TV-in məlumatına görə, rayon sakini Şəmil Cəmilov Qax rayon Polis Şöbəsinə müraciət edərək həyat yoldaşı, 1989-cu il təvəllüdlü Bahar Cəmilovanın oğlu Adıgözəli məktəbdən gətirmək adı ilə evdən çıxdığını, uşağın evə gəldiyini, lakin həyat yoldaşının geri qayıtmadığını bildirib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun