Qaxda 11-ci sinif şagirdi dəm qazından boğularaq ölüb

  • SpaceTV
  • 24 Yanvar 2020 16:03

Rayonun Qaxbaş kənd sakini, Rövşən Qurbanov yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.17 yaşlı gənc yaxınları tərəfindən Qax Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib.17 yaşlı Rövşən Qax şəhər 2 saylı məktəb-liseyin 11-ci sinfinin şagirdi olub.Onun oxuduğu məktəbə də baş çəkdik.Sinif yoldaşları hamı bir nəfər kimi Rövşənin dəfninə yollanmışdı.

Müəllimləri Rövşənin çox bacarıqlı və tərbiyəli şagird olduğunu bildirlər.Onlar hələ də hadisənin şokundan ayıla bilmədiklərini söylədilər.

Əldə etdiyimiz məlumatlara görə,Rövşən Qurbanov axşam saatlarında yaşadıqları evin həyətində olan vanna otağına girib.Həmin vaxt onun valideynləri də evdə olub.Anası Rövşəndən səs gəlmədiyini gördükdə narahat olub və qapını döyüb.Ailə üzvləri içəri daxil olduqda övladlarını huşsuz vəziyyətdə aşkar ediblər.Meyit müayinə olunması üçün məhkəmə tibb ekspertizasına aparılıb,daha sonra isə ailəsinə təhvil verilib.17 yaşlı Rövşən Qurbanov bugün doğulduğu Qaxbaş kəndində torpağa tapşırılıb. Faktla bağlı araşdırma aparılır.

İlkin Piranov SPACE TV

Paylaş

 Xəbəriniz olsun