Qaxa güzəştli gübrələr gətirilib

  • SpaceTV
  • 15 Avqust 2019 17:57

Kənd təsərrüfatı məhsullarının istehsalını daha da artırmaq, məhsul istehsalçılarının təminatının yaxşılaşdırılması Dövlətin diqqətində olan ən mühüm məsələlərdən hesab edilir. Qax rayonunun təsərrüfatlarında payız səpininə hazırlıq işləri davam edir. Aqrolizinq ASC-nin Qax filialının anbarlarında hazırlıq işləri çərçivəsində amafos gübrəsi tədarük edilib.Məhsuldarlığın yüksək olmasını istəyən fermerlər artıq indidən gübrə almaq üçün müraciətlərə başlayıblar.

İstehsalçılara gübrənin verilməsində heç bir problem yaşanmır. Dövlət tərəfindən 70 faizi güzəştlə satılan gübrələrin artıq bir-neçə ildir sahibkarlara verilməsi daha sadələşmiş mexanizmlə şəffaf şəkildə həyata keçirilir.

Aqrolizinqin Qax filialının anbarına bu günə qədər 347 ton gübrə gətirilib və daha 400 ton da gətirilməsi planlaşdırılır.

Qeyd edək ki,təsərrüfatla məşğul olan istənilən şəxs sənədlərini təqdim etməklə güşətli şərtlərlə gübrə ala bilər.

İlkin Piranov Space-Qax

Paylaş

 Xəbəriniz olsun