Qaxa aprel ayında qar yağıb

  • SpaceTV
  • 23 Aprel 2020 15:35

Qax rayonunun ucqar dağ kəndləri olan İlisu və Sarıbaş kəndləri ən çox qarın yağdığı kəndlərdir. Kənd sakinləri uzun illər öncə İlisu kəndinə hətta may ayında belə qar yağdığını bildirirlər. Qış gəlməmiş yağan qar gözəl mənzərə də yaradıb. Ruzi bərəkət rəmzi olan qar bir çox xəstəliklərin qarşısını alır, təsərrüfatlarda olan ziyanvericiləri məhv edir. Ona görə də qar insanların sevincinə səbəb olur.

Ancaq yeni çiçək açan meyvə ağaclarına isə bu xoş bir sürpriz deyil. Çünki, ağacların çiçəkləri qar yağandan sonra temperaturun aşağı düşməsi nəticəsində dona bilər və bu da meyvəçiliyə ziyan vurar.

İlkin Piranov SPACE TV

Paylaş

 Xəbəriniz olsun