Qax Zaqatalada 50 min ədəd yeni tut tingi əkilib

  • SpaceTV
  • 11 Dekabr 2019 14:30

Çin Xalq Respublikasından ölkəmizə gətirilən məhsuldar tut tingləri rayonun əvvəlcədən müəyyən edilmiş ərazilərində əkilib.Zaqatala rayonunda bitiş çox sürətlə və keyfiyyətlə aparılıb.Baramaçılıqla məşğul olan fermerlər gələcəkdə məhsuldarlığın daha yüksək olması üçün xarici sortların üstün olduğunu bildiriblər.

Kənd təsərrüfatı mütəxəssizi söyləyir ki,Çindən gətirilən tinglərlə yanaşı yerli tinglər də əkilib.Növbəti illərdə baramaçıların yem bazası ilə bağlı heç bir problemləri olmayacaq.Çünki,salınan bağlar olduqca tez yarpaq verir.Bu günə kimi təkcə rayonun Göyəm kəndində 10 min ədəd ting əkilib

Qeyd edək ki,Çin Xalq Respublikasından ölkəmizə bu il bir milyon ədəd tut tingi gətirilib və baramaçılıqla məşğul olan rayonlara paylanılıb…

İlkin Piranov SPACE TV

Paylaş

 Xəbəriniz olsun