Qax rayonunda beş nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

  • SpaceTV
  • 11 May 2020 15:15

Axşam saatlarında Yevlax-Zaqatala- Gürcüstan sərhədi yolunun, rayonun Cəlayir kəndi ərazisindən keçən hissəsində Balakən rayon sakini 29 yaşlı Tural Eminovun idarə etdiyi avtomobillə Zaqatala sakini 33 yaşlı Nail Dəmirovun sükanı arxasında olduğu minik avtomobili toqquşub. Qəza nəticəsində sürücü Tural Eminov və onun sərnişini, Balakən rayon sakini 49 yaşlı İntizar Eminova, digər avtomobilin sürücüsü Nail Dəmirov və sərnişinləri- Balakən rayon sakinləri, 44 yaşlı Xuraman Qarakişiyeva və onun qızı 23 yaşlı Raisa Zeynalova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.Yaralılar hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım maşınları ilə Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Hazırda onların müalicəsi xəstəxanada davam etdirilir. Qəzaya yağan güclü yağışın və yüksək sürətin səbəb olduğu ehtimal edilir. Faktla bağlı araşdırma aparılır.

İlkin Piranov SPACE TV

Paylaş

 Xəbəriniz olsun