Qax rayonuna dolu yağıb.

  • Space TV
  • 9 Fevral 2020 09:16

Səhər saatlarından etibarən Şimal-qərb bölgəsində qeyri – sabit hava şəraiti hökm sürür.Qax rayonunun əksər ərazilərinə leysan xarakterli yağış,dağlıq ərazilərə qar və bəzi yerlərə isə dolu yağıb.Dolu rayon dəniz səviyyəsindən 1400 metr yüksəklikdə yerləşən İlisu kəndinə,daha sonra isə şəhər ərazisinə yağıb.Bir saat ərzində bir-neçə dəfə yağan dolu rayon sakinlərini də təəccübləndirib.

Hazırda Şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti davam edir.Qax rayonunda temperatur xeyli aşağı düşüb,dağlıq kəndlərə qar yağır…

İlkin Piranov SPACE TV

Paylaş

 Xəbəriniz olsun