Qax Damazlıq İpəkçilik Stansiyasında 20 min qutu hibrid ipəkqurdu sənaye toxumlarının kümçülərə paylanması davam edir

  • Space TV
  • 4 May 2020 15:55

Ötən ildən fərqli olaraq bu il ilk dəfə Qax Damazlıq İpəkçilik Stansiyasında 5 min qutu ipəkqurdu toxumu (146 kq) istehsal olunub. Gələn ildən yerli istehsal olan ipəkqurdu toxumlarının istehsalının artırılması nəzərdə tutulur. Ötən ildən fərqli olaraq bu il kümçülərin də sayı artıb. Qax damazlıq İpəkçilik stansiyasında Aran rayonlarından gəlmiş nümayəndələrə öz rayonları üzrə ipəkqurdu toxumları paylanılıb. Xüsusi qutulara yerləşdirilən toxumlar standart çəkilərlə kümçülərə verilir.

Hibrid ipəkqurdu sənaye toxumlarının kümçülərə paylanılması prosesinin may ayının birinci on günlüyünədək başa çatdırılması nəzərdə tutulur. artıq paylanılması nəzərdə tutulan 20 min qutunun 70 faizi kümçülərə paylanılıb.

Qeyd edək ki, dövlətin baramaçılıq və ipəkçiliyi dəstəkləməsi nəticəsində fermerlər əsas işlərindən ayrılmadan kifayət qədər əlavə gəlir əldə etmiş olurlar. Belə ki, yaş barama kümçülərdən 4 manata təhvil alınır, dövlət isə istehsal olunan hər kiloqram yaş baramaya görə kümçülərə 5 manat subsidiya ödəyir.

İlkin Piranov SPACE TV

Paylaş

 Xəbəriniz olsun