Qax bayram ərəfəsində xeyli sayda turistin gələcəyi gözlənilir

  • Space TV
  • 28 Dekabr 2019 10:23

Qarşıdan tətil günləri gəlir.Əlbətdə istirahətimizin xoş və yaddaqalan keçməsi üçün gedəcəyimiz məkan çox önəmlidir.Qış fəslində dincəlmək üçün kimi xarici ölkələrə,kimisi də bölgələrə səfər edir.Hər zaman bir çox özəllikləri ilə turistləri cəlb edən Qax rayonu yayda olduğu kimi qışda da öz rəngarəngliyi ilə seçilir.Bayram öncəsi Qaxda yerləşən istirahət məkanları turistləri qarşılamaq üçün son hazırlıq işlərini görürlər.

Turizm obyektlərində yeni ilin gəlişi nəzərə alınaraq yeniliklər öz əksini tapmaqdadır.2019-cu ilin son günlərində demək olar ki,otellərin əksəriyyəti sifarişlərini qəbul ediblər.İlisu kəndində qış ayları daha uzun və qarlı keçdiyindən təkcə bayram öncəsi deyil,digər qış aylarında da turistlər bu məkana maraq göstərirlər.Bəzi turizm obyektlərinin sahibləri hər kəsin istirahət edə bilməsi üçün münasib qiymətlərə də üstünlük veriblər.

Qaxa gələn turistlər yayda olduğu kimi,qışda da olduqları regionun tarixi yerləri ilə tanış olmaq imkanı əldə edirlər.Rayonun gəzməli,görməli tarixi abidələrinə marşrutlar təşkil olunur.Xırda və ortatutumlu turizm obyektlərindən başqa iri otellərdə yerlər artıq bron edilib.Yeni il ərəfəsində qonaqların istirahətini rəngarəng etmək üçün həmin gün şou proqramların və digər əyləncəli oyunların təşkili nəzərdə tutulub.Hər bir istirahət mərkəzinin önünüdə artıq yolka ağacları da qurulub.

Aldığımız məlumata görə,rayona gələn turistlər otellərlə yanaşı,xüsusi kənd evlərində qalmağa da üstünlük verirlər.Turistlərə iqlim şəraitini nəzərə alaraq yerli xəmir xörəkləri də təklif olunur.Qeyd edək ki,qış turizm mövsümündə Qax rayonunda fəaliyyət göstərən turizm obyektlərində,birdəfəyə 700-dən artıq turisti yerləşdirmək imkanı var.

İlkin Piranov SPACE TV

Paylaş

 Xəbəriniz olsun