Qatil 40 illik qaçışdan sonra 86 yaşında yaxalandı

  • SpaceTV
  • 25 Oktyabr 2019 19:44

ABŞ-da 1980-ci ildən bəri polisdən gizlənən cinayətkar həbs olunub. Bu barədə CNN xəbər verir.

86 yaşlı Uolter Ceyms Mason (Walter James Mason) Texasda tapılıb. Qatil soyadını dəyişdirərək özünü Uolter Ceyms Ellison (Walter James Allison) kimi tanıtsa da, barmaq izlərindən şəxsiyyətini təsdiqləmək mümkün olub.

39 il əvvəl Aydaho ştatının Klayton şəhərində barda baş verən bir hücumdan sonra polis sözügedən şəxsi axtarışa verib. Hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Təcavüzkar onlardan birini başından vuraraq öldürüb, digərini çiynindən yaralayıb və qadına küt alətlə zərbə endirib.

O vaxt 47 yaşında olduğu bilinən şübhəli çox axtarılsa da, qaçmağa nail olub.

Qeyd edək ki, hazırda günahını etiraf etməkdən imtina edən qatilə cinayət işi açılıb.

Paylaş

 Xəbəriniz olsun