Qatarlara əlavə vaqonlar qoşulacaq

  • SpaceTV
  • 13 Sentyabr 2019 13:03

“Azərbaycan  Dəmir Yolları” QSC-nin kollektivi yeni dərs ilinin başlaması ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışır. Space yazır ki, qurumun açıqlamasında bildirilir ki, bu günlərdə dəmir yolunun xidmətlərindən istifadə etmək istəyənlərin sayı artdığından, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün tələbata uyğun olaraq əlavə vaqonların qoşulması təmin edilir. Eyni zamanda sentyabrın 16-dan Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlinə dəyişiklik ediləcək. 

Yeni hərəkət cədvəlinə əsasən Bakı-Sumqayıt-Bakı marşrutu ilə işləyən elektrik qatarlarının dövriyyəsi artırılır. Gün ərzində bu marşrutla 15 cüt elektrik qatarı hərəkətdə olacaq. Eləcə də, sosial sifarişlər nəzərə alınaraq, I növbədə oxuyan tələbələrin dərsdən sonra daşınması üçün saat 15:00-a da qatar təyin edilir.  Sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqonlar qatara qoşulan gün həyata keçirilir. 

Paylaş

 Xəbəriniz olsun