Qatarla yük maşını toqquşub

  • SpaceTV
  • 4 Sentyabr 2019 12:16

Sabirabad rayonunun Minbaşı kəndində qatarın iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Şirvan-İmişli dəmir yolu xəttinin Şirvan-Salyan avtomagistral xətti ilə kəsişdiyi hissədə qeydə alınıb.

Space TV –nin bölgə müxbirinin verdiyi məlumata görə, qoşqulu yük maşını qatarın yoluna çıxıb və yaxınlaşmaqda olan qatarla toqquşub.

Hadisə zamanı xəsarət alanların olmadığı bildirilir. Qatarla toqquşan yük maşını İran İslam Respublikasının vətəndaşı, beynəlxalq yükdaşıma həyata keçirən Seyidrəşid Seyidintizara məxsusdur. Onun idarə etdiyi TIR markalı yük avtomobilinin qatarla toqquşması nəticəsində maşında olan 30-40 tona yaxın püstənin bir hissəsi yola dağılıb. Həmin ərazidə Qatarların hərəkəti müvəqqəti dayandırılıb.

Paylaş

 Xəbəriniz olsun