Qatar taksini vurdu

  • SpaceTV
  • 29 İyul 2019 15:20

Zirə qəsəbəsində qatar taksini vurub. Hadisə Qala yolu adlanan ərazidə baş verib.  Əraziyə 5 təcili tibbi yardım briqadası cəlb olunub. Yaralıların vəziyyəti ağırdır.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə yerində yaralılara ilkin yardım edilib və onlar təcili olaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb. Müayinə zamanı 22 yaşlı qıza qapalı kəllə beyin travması diaqnozu və yuxarı ətrafların sınığı, 20 yaşlı oğlana isə qapalı kəllə beyin travması diaqnozu qoyulub. Onların vəziyyətləri ağırdır.

Onlardan başqa, hadisədə yaralanan sol qolun sıyrılmış yarası ilə 38 yaşlı kişi və sol çiynin və sol baldırın travması ilə 33 yaşlı kişiyə yerində yardım edilib. Onlar xəstəxanaya getməkdən imtina ediblər.

Paylaş

 Xəbəriniz olsun