Qatar dəmir yolunda yatan miqrantların üstündən keçdi: Onlarla insan həlak oldu

  • SpaceTV
  • 8 May 2020 10:55

Hindistanın mərkəzi hissəsində yerləşən Maharaştra ştatında yük qatarının dəmir yolunda yatan miqrantları vurması nəticəsində azı 17 nəfər həlak olub.

Bu barədə Sputniknews.com xəbər verir.

Maşinist dəmiryolunda yatan miqrantları gördükdən sonra qatarı dayandırmağa çalışsa da, artıq gec olub.

Yaralılar Auranqabad xəstəxanasına yerləşdirilib. Onların vəziyyəti barədə məlumat verilmir.

Paylaş

 Xəbəriniz olsun