Qatar avtomobillə toqquşdu

  • SpaceTV
  • 4 Dekabr 2019 16:11

Hadisə bu gün səhər saatlarında  Saatlı-Becar mənzilinin 99-cu kilometrliyində Saatlı rayonunun Hacıqasımlı kəndi ərazisindən keçən hissəsində baş verib. Belə ki, Şirvanda İmişliyə gedən elektrovoz avtomobil qorunmayan dəmir yolu keçidindən keçməyə cəhd edən “VAZ-2106” markalı avtomobillə toqquşub. Qəza nəticəsində “VAZ-2106” markalı avtomobilin sürücüsü, Sairabad rayonunun Kovlar kənd sakini, 1962-ci il təvəllüdlü Abbasov Cəbrayıl Həmid oğlu hadisə yerində dünyasını dəyişib. Sərnişin, Sabirabadın Qəzli kənd sakini, 1964-cü il təvəllüdlü Məmmədov Eldar Gülbala oğlu isə müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Yaralı Saatlı Rayon Mərkzi Xəstəxanasına aparılarkən yolda keçinib. Faktla bağlı aidiyyati qrumlar tərəfindən araşdırma aparılır.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun