Qatar 20 dəqiqə gecikib

  • SpaceTV
  • 9 Avqust 2019 12:08

Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarının fəaliyyətində problem yaranıb. 

Sumqayıt Dəmir Yolu Vağzalından saat 07:50-də çıxan qatar bir neçə dəfə yolda dayanıb və aşağı sürətlə hərəkət etməli olub. Gecikmənin yağışlı hava səbəbindən olması ehtimal edilir. Qatar Bakı Dəmir Yolu Vağzalına saat 08:50-də, yəni 20 dəqiqə gecikmə ilə  çatıb.

Paylaş

 Xəbəriniz olsun