Qasırğada 30 nəfər həlak oldu

  • SpaceTV
  • 6 Sentyabr 2019 16:30

Baham adalarında “Dorian” qasırğası qurbanlarının sayı 30 nəfərə çatıb. Space TV CNN telekanalına istinadən xəbər verir ki, bu barədə dövlətinin baş naziri Hyubert Minnis bildirib. Kanadanın Milli Meteoroloji Bürosunun  məlumatına görə “Dorian” qasırğası şənbə günü Kanadanın Atlantik sahillərinə çatacaq.

Hyubert Minnis bir necə saat əvvəl  polis rəisi ilə danışdığını, hazırda ölənlərin sayının 30 nəfər olduğunu və  bu rəqəmin  artacağını deyib. Minnis qeyd edib ki, daha əvvəl ABŞ prezidenti Donald Trampla telefonla danışıb. Onlar rəsmi Vaşinqtonun Baham adalarına yardımını müzakirə ediblər. Daha əvvəl bildirilirdi ki, Baham adalarında qasırğa qurbanlarının sayı 20 nəfərə çatıb. Dağıntılar aradan qaldırıldıqca  ölənlərin sayı artır. “Dorian” qasırğası şənbə günü Kanadanın Atlantik sahillərinə çatacaq. Bu barədə Kanadanın Milli Meteoroloji Bürosu məlumat yayıb. informasiya agentliyinə istinadla xəbər verir ki, məlumatda qasırğanın Nyu-Bransuik, Yeni Şotlandiya və Şahzadə Eduard adaları əyalətlərinə yetişəcəyi bildirilir.

Bununla belə qasırğanın gücü Saffir-Simpson şkalası üzrə 1-ci dərəcəyədək azalacaq. Qasırğa Kanadanın bu hissəsinə leysan yağışlar gətirəcək. ABŞ Milli Qasırğa Mərkəzinin məlumatına görə, hazırda Saffir-Simpson şkalası üzrə gücü ikinci dərəcəyə düşən qasırğanın episentri Çarlston şəhərinin 80 kilometrliyindədir.

Paylaş

 Xəbəriniz olsun