Qasırğa zamanı təyyarələrin təhlükəli enişinin görüntüləri yayıldı

  • SpaceTV
  • 13 Dekabr 2019 18:17

İngiltərədə qasırğa zamanı bir neçə təyyarənin təhlükəli enişinin videosu yayılıb.

Kadrları “Daily Mail” yayımlayıb.

Hadisə İngiltərədə, Nyukaslda qeydə alınıb.

Kadrlarda sərnişin təyyarələrinin bir-birinin ardınca uçuş-eniş zolağına gəlməsi və mürəkkəb şəraitdə enməyə cəhd etmələri görüntülənib.

Bildirilir ki, həmin vaxt küləyin sürəti saniyədə 35 metrə çatıb.

Qeyd edək ki, tornadonun təsirindən şəhərdə evlərin damı uçub, naqillər qırılıb.

Paylaş

 Xəbəriniz olsun