Qasim Süleymaninin məlumatlarını ötürən cəsus edam edildi

  • Space TV
  • 20 İyul 2020 12:14

İran tərəfindən “CİA” və “MOSSAD”a işlədiyi açıqlanan və İran generalı Qasim Süleymaniyə aid məlumatları paylaşdığı deyilən Mahmud Məcd edam edilib.

SPACE TV xəbər verir ki, generalın koordinatlarını ötürən, ABŞ və İsrail üçün cəsusluq edən Mahmud Məcdin bu səhər edam edildiyi açıqlanıb.

Qeyd edək ki, iranlı General Qasim Süleymani bu ilin yanvarında ABŞ tərəfindən öldürülmüşdü.

Paylaş

 Xəbəriniz olsun