Qasım Süleymaninin dəfn mərasimi təxirə salınıb

  • Space TV
  • 7 Yanvar 2020 15:26

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) xüsusi təyinatlı “Qüds” Qüvvələrinin komandanı olmuş general Qasım Süleymaninin dəfn mərasimi təxirə salınıb.

SPACE TV  bildirir ki, APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə dəfn mərasiminin təşkilat komitəsinin sədri Mehdi Sedqi bildirib.

“Əvvəlcə Qasım Süleymaninin dəfn olunduğu xəbərini elan etdik ki, kütlə sakitləşsin. İzdiham müşahidə olunduğundan dəfn prosesini icra etmək mümkün deyil. Buna görə dəfn mərasimi təxirə salınıb. Dəfn mərasimi başqa vaxtda təşkil olunacaq”, – deyə M. Sedqi qeyd edib.

Qeyd edək ki, İranın Kirman şəhərində Qasım Süleymaninin dəfn mərasimində yaşanan izdihamda 35 nəfər ölüb, 48 nəfər xəsarət alıb.

Xatırladaq ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı “Qüds” Qüvvələrinin komandanı general Qasim Süleymani, Hüseyn Pur Cəfəri, Şəhruz Müzəffərinia, Hadi Taremi, Vəhid Zamaninia və İraqın könüllü “Həşdi-Şaabi” qruplaşmasının komandir müavini Əbu Mehdi Əl-Mühəndis daxil olmaqla, 10 nəfər öldürülüb. İran Ali dini lideri və İran Prezidenti Q. Süleymaninin ölümünə görə ABŞ-dan qisas alınacağını bəyan edib.

Paylaş

 Xəbəriniz olsun