Qasım Süleymani dəfn edildi

  • Space TV
  • 8 Yanvar 2020 11:09

ABŞ-ın hava hücumu zamanı Bağdadda öldürülən iranlı general Qasım Süleymani dəfn edilib. 

Haberglobal.com-un məlumatına görə, bununla bağlı İran dövlət televiziyası məlumat yayıb. 

Bildirilib ki, izdiham səbəbi ilə iki dəfə təxirə salınan dəfn gec saatlarda baş tutub. 

Qeyd edilib ki, dəfn mərasimi İranın ABŞ-ın İraqdakı hərbi bazasına hücumla generalın intiqamının alınmasından sonra baş tutub. 

Xatırladaq ki, izdiham zamanı 65 nəfər ölüb, 200-dən çox insan yaralanıb

Paylaş

 Xəbəriniz olsun