Qarpız yığılır

  • SpaceTV
  • 27 İyun 2020 14:35

Aran rayonunun torpaq-iqlim şəraiti, xüsəsən Sabirabadda yüksək keyfiyyətli qarpız yetişdirməyə imkan verir. Eyni zamanda becərmənin düzgün aqrotexniki qaydaya uyğun aparılması ona bu şöhrəti qazandırıb. Hazırda sahələrdə kütləvi qarpız yığımı həyata keçirilir.

Amma fermerləri sevindirən məqam da  var. Koronavirus ponemiyası ilə əlaqədar ölkənin iri şəhərlərində sərt karantin rejimi tətbiq olunduğundan ötən illərdəki kimi satış olmasa da əvəzində dövlət tərəfindən xarici bazara çıxış imkanı yaradılıb. Sahələrdən tədarük olunan məhsullar rayonun bir neçə ərazisində iritutumlu yük maşınlarına yüklənərək müxtəlif ölkələrə yola salınır.

Qarpız tədarükü payız fəslinə kimi davam edəcək. Ümumilikdə mövsüm ərzində dörd yığım dövrü olacaq. Hər mərhələdə isə iki dəfə yığım aparılacaq. Mövsümün son qarpız tədarükü təkrar əkin olaraq əkilən bostan sahələrindən həyata keçiriləcək. Ümumilikdə isə bu il Sabirabad rayonunda 3954 hektar bostan bitkisi əkilb ki, onun da 3302 hektarını qarpız təşkil edir. Ötən isə rayon ərazisində 3300 hektar qarpız əkilmişdi. Həmin mövsümün sonunda 115 min ton 686 kq qarpız tədarük edilib. 

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun