Ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsinə görə Bakıda isinməyə ehtiyacı olanlar üçün Yasamal, Nərimanov, Binəqədi və Xəzər rayonları ərazisində çadırlar quraşdırılıb.
Hava şəraiti ilə əlaqədar olaraq sığınacağa ehtiyacı olan insanlara bu günlər ərzində xidmətin göstərilməsi ilə bağlı BŞİH ilə “Regional İnkişaf” İctimai Birliyi arasında əməkdaşlıq memorandumu imzalanıb.Gün ərzində yüzlərlə insan sığınacağa gələrək isti çay və yeməklə təmin olunub.
BŞİH dən verilən məlumata görəv çadırlar qarlı hava şəraitinin bütün günlərində açıq olacaq və istənilən vətəndaş bu çadırlardan istifadə edə bilər. Bu işə nəzarəti isə RİİB-in könüllüləri və icra hakimiyyətinin əməkdaşları həyata keçirəcək.
Ətraflı əməkdaşımız Rəşad Vəkiloğlunun sujetində: