Qarlı havada körpəni küçəyə atdı

  • Space TV
  • 16 Yanvar 2020 15:24

Rusiyanın Kemerovo diyarının Yurqa şəhərində naməlum kişi körpə uşağı xəstəxananın girəcəyinə qoyaraq, binanın zəngini basıb və qaçaraq hadisə yerindən uzaqlaşıb.

“A42” saytı xəbər verir ki, baş verən hadisə xəstəxananın müşahidə kameralarına düşüb.

Xəstəxananın işçiləri uşağı dərhal küçədən götürərək, doğum şöbəsini yerləşdiriblər.

Hazırda polis körpənin valideynlərini axtarır.

Paylaş

 Xəbəriniz olsun