Qarlı hava nəticəsində Bakıda baş verən qəzaların sayı AÇIQLANDI – RƏSMİ

  • Space TV
  • 24 Fevral 2021 10:55

Gecədən bu saata qədər Bakıda 24 yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Spacetv.az-a açıqlamasında Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

O bildirib ki, hava şəraiti ilə bağlı paytaxtın yolları buz bağlayıb və sürüşmə nəticəsində nəqliyyat vasitələri toqquşub:

“Gecə saatlarından kəskin hava şəraiti ilə bağlı nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaranıb. Bəzi küçə və prospektlərdə, enişli-yoxuşlu döngələrdə maddi zərərlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib. Bu saata qədər paytaxtın inzibati ərazisində 24 yol nəqliyyat hadisəsi qeydə alınıb. Ölən və yaralanan olmayıb”.

Paylaş

 Xəbəriniz olsun