Qarğıdalı yığımına başlanılıb

  • SpaceTV
  • 19 Sentyabr 2019 13:24

Balakəndə Taxılçılıq Təsərrüfatı sahələrindən biri olan, qarğıdalı biçini aparılır. Bu il havaların quraq keçməsi bu təsərrüfat növündən də yan keçməyib. Fermerlər əvvəlki illərlə müqayisədə zəif məhsul götürsələr də yığdıqları məhsul keyfiyyətindən razıdırlar.

Fermer Kamran Əliqayev  bildirir ki, biçilən qarğıdalı sahəsinin hər hektarından orta hesabla 4 ton məhsul yığıb. Ancaq əvvəlki illərdə bu rəqəm hektara görə,5-6 ton arası dəyişirdi. Fermer bunu quraqlıqla əlaqələndirir. O, bildirir ki, məhsuldarlıq az olsa da, dövlət tərəfindən verilən güzəştli kredit hesabına hər il əkin sahələrini artırmaqdadır.

Fermerlər hər il olduğu kimi, əziyyətlərinin bəhrəsi olan qarğıdalını, kombaynlar vasitəsilə biçdirirlər. Artıq müasir texnika ilə qarğıdalı zədlənmədən yığılır, dənələnib boru vasitəsilə maşınlara tökülür.

Balakəndə anbarlara toplanılan dənli qarğıdalı Azərbaycanın müxtəlif regionlarında daxili bazarlara çıxarılır. Məhsulun satışında isə heç bir problem yoxdur…

İlkin Piranov Space Balakən

Paylaş

 Xəbəriniz olsun