Qarğidali ekini

  • Space TV
  • 20 İyun 2020 12:23

Bu il təkrar qarğıdalı əkininə görə, fermerlərə toxum almaq üçün hər hektara 60 manat birdəfəlik vəsaitin ödənilməsi Salyan rayonunda bu sahəyə marağını artırıb Artıq bir neçə gündür ki, rayonda payızlıq taxıl biçinindən sonraxaricdən gətirilmiş hibrid qarğıdalının təkrar əkininə başlanılıb. Əkin zamanı sahələrdə işləyən torpaq sahibləri virusdan qorunmaq üçün ara məsafələri saxlamaqla qoruyucu vasitələrdən də istifadə edirlər.Əkin zamanı qarğıdalı səpininə mütəxəssislər tərəfindən nəzarət olunur.

Təkrar əkin il ərzində torpaq sahibləri üçün əlavə gəlir gətirdiyindən bu onların ürəyincə olub.

Mütəxəssislər hesab edirlər ki, təkrar əkin iqtisadi cəhətdən olduqca səmərəlidir. Xüsusi ilə quşçuluqda və heyvandarlıqda dənə və yaşıl yemə olan təlabatı ödənilər, ərzaq bolluğa yaranar. Salyan regional aqrar elm innovasiyalar mərkəzi də bu il 20 hektar təcrübə sahəsində müxtəlif sortlardan ibarət təkrar qarğıdalı əkini aparır. Bu da gələcəkdəfermerlrin qarğıdalı dəniniə olan təlabatının ödənilməsinə təkan verəcək.

Qeyd edək, bu il rayonda 1500 hektar sahədə təkrar qarğıdalı əkini proqnozlaşdırılır.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun