Qardaşlar qəzaya düşdü

  • SpaceTV
  • 30 Noyabr 2019 15:25

Hadisə Göyçay-Ucar avtomobil yolunun 3- cü kilometrliyində qeydə alınıb. Qazel markalı avtomaşınla Vaz 2106 markalı avtomobil toqquşub. Hadisə nəticəsində Vazda olan 2 qardaş –  Göyçayın Mallışıxlı kənd sakinləri, 26 yaşlı İsmayılzadə Məbud Nizami oğlu və 30 yaşlı İsmayılzadə Pərviz Nizami oğlu xəsarət alıb. Yaralılar dərhal Göyçay RMX-na çatdırlıb. Məbud İsmayılovun həyatını xilas etmək mümkün olmayıb. Pərviz İsmayılovun vəziyyəti isə ağır olar qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.

VAHİD  FƏXRİ SPACE TV

Paylaş

 Xəbəriniz olsun