Qardaşının pullarını oğurladı

  • SpaceTV
  • 14 Oktyabr 2019 17:13

Oğurluq hadisəsi rayonun Səbətlər kəndində baş verib. Kənd sakini Alim ismayılovun evindən 1198 manat pul oğurlanıb. O bu barədə Rayon Polis Şöbəsinə müraciət edib. Məlumatla əlaqədar RPŞ-də əməliyyat qrupu yaradılıb və hadisə yerinə baxış keçirilib. Keçirilən  əməliyyat-axtarış tədbirləri nəticəsində pulların zərərçəkənin qardaşı, 20 yaşlı Taleh Qədirov tərəfindən oğurlandığı müəyyən edilib. İlkin dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edərək oğurluq hadisəsini qardaşı evdə olmayan zaman etdiyini bildirib. Taleh Qədirovun oğurladığı pullar maddi sübut kimi ondan götürülüb.  Faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.

Emin Vaqifoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun