Qardabanidə Azərbaycana dəstək aksiyası keçirilir

  • Space TV
  • 9 Oktyabr 2020 13:47

Gürcüstanın Qardabani rayonunda Azərbaycana dəstək aksiyası keçirilir.

Spacetv.az xəbər verir ki, nümayişçilər əllərində Azərbaycan, Gürcüstan və Türkiyə bayraqları ilə rayonun mərkəzi küçələrinə yürüş edirlər.

Onlar “Qarabağ Azərbaycandır!”, “Qarabağ bizimdir, bizim olacaq!” kimi şüarları səsləndiriblər.

Paylaş

 Xəbəriniz olsun