Qarayara təhlükəsi

  • SpaceTV
  • 14 Noyabr 2019 16:23

Baş verə biləcək xəstəliklərin qarşısını almaq üçün Yevlaxda heyvan və quşlarda epizotiya əleyhinə aparılan diaqnostiki və proflaktiki tədbirlər başa çatdırılıb.

Mütəxəssislər tərəfindən 67.672  iribuynuzlu və 172.917 baş xırdabuynuzlu heyvana dabaq, nodelyar dermotit, qarayara, çiçək və digər xəstəliklər əleyhinə vaksinlər vurulub.

Qeydiyyatda olan 200 minə yaxın heyvan və xeyli sayda quş, o cümlədən fərdi təsərrüfatlarda istifadə olunan at, ulaq və quşlar pevənd olunub. 6 min baş itə isə quduzluq əleyhinə vaksin vurulub. Qeyd edək ki, bu il ərzində mütəxəsislər heyvan və quşlar arasında hər hansı təhlükəli infeksiya və yaxud xəstəlik halı qeydə alınmadığı bildirir.

Emin Babayev SPACE TV

Paylaş

 Xəbəriniz olsun