Qaradağ rayonunda ağır yol qəzası baş verib

  • SpaceTV
  • 29 İyul 2019 15:14

Bakının Qaradağ rayonu ərazisində ağır yol qəzası baş verib. Qəza zamanı mikroavtobus yük avtomobili ilə toqquşub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Əbubəkirovun verdiyi məlumata görə, hadisə yerinə altı təcili tibbi yardım briqadası yollanıb. Qəza nəticəsində xəsarət alan 6 nəfər KTM-ə çatdırılıb. Həkimlərin bildirdiyinə görə, yaralılardan 2-nin vəziyyəti ağırdır, 4-nün vəziyyəti isə orta ağırdır.

Paylaş

 Xəbəriniz olsun