Qarabağla bağlı üçtərəfli işçi qrupa Ermənistan tərəfdən kimin rəhbərlik edəcəyi bəlli oldu

  • SpaceTV
  • 12 Yanvar 2021 15:20

Qarabağla bağlı üçtərəfli işçi qrupa Ermənistan tərəfdən baş nazirin müavini Mqer Qriqoryan rəhbərlik edəcək.

Spacetv.az xəbər verir ki, bu barədə “Sputnik” Ermənistan məlumat yayıb.

M.Qriqoryan baş nazirin müavini təyin olunduğu gündən (2018-ci ildə hakimiyyət dəyişikliyindən sonra) Rusiya ilə qarşılıqlı iqtisadi əlaqələri kurasiya edir, xüsusilə qaz qiymətləri, həmçinin Avrasiya Birliyi ilə danışıqlar aparır. Bundan əlavə M.Qriqoryan maliyyə sisteminin inkişafı məsələlərinə də nəzarət edir.

Paylaş

 Xəbəriniz olsun