“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqibləri müəyyənləşib

  • SpaceTV
  • 30 Avqust 2019 16:00

Avqustun 30-da UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün qrup mərhələsinin püşkatma mərasimi keçirilib.

Space TV Azərtaca istinadən xəbər verir ki, turnirdə Azərbaycanın yeganə təmsilçisi Ağdamın “Qarabağ” klubunun qrup mərhələsindəki rəqibləri müəyyənləşib. Azərbaycan çempionu A qrupunda “Sevilya” (İspaniya), APOEL (Kipr) və “Düdelanj” (Lüksemburq) komandaları ilə mübarizə aparacaq.

Qeyd edək ki, qrup mərhələsi altı turdan ibarət olacaq. Həmin oyunlar sentyabrın 19-da, oktyabrın 3-də, 24-də, noyabrın 7-də, 28-də və dekabrın 12-də keçiriləcək.

Paylaş

 Xəbəriniz olsun