Qarabağın turizm potensialı Dubayda keçirilən sərgidə nümayiş olunub

  • Space TV
  • 25 Noyabr 2020 17:41

Beynəlxalq sərgidə Qarabağ və onun turizm potensialı tanıdılıb.

Dövlət Turizm Agentliyindən Spacetv.az-a verilən məlumata əsasən, 23-24 noyabrda Azərbaycan Turizm Bürosu (ATB) Dubayda keçirilən “Gulf Travel Show” sərgisində iştirak edib.

Pandemiyası səbəbilə virtual formada təşkil olunan sərgiyə Yaxın Şərq, Afrika, Asiya, Avropa və Amerikadan olan 1000-dən çox iştirakçı qatılıb. Sərgi çərçivəsində ATB əməkdaşları 35-dən çox görüş keçiriblər.

Görüş iştirakçılarına işğaldan azad edilmiş Qarabağ bölgəsinin turizm potensialı haqda və müvafiq tədbirlərdən sonra bölgənin yeni turizm destinasiyaları sırasına daxil ediləcəyi barədə məlumat verilib. Xarici tur operatorlar Azərbaycana böyük maraq göstərdiklərini və səfərlərin təşkilinə davam etmək üçün sərhədlərin açılmasını gözlədiklərini diqqətə çatdırıblar.

Paylaş

 Xəbəriniz olsun