“Qarabağ”ın “tamam, yoxsa davam” matçı – AFİŞA

  • Space TV
  • 5 Noyabr 2020 10:15

“Qarabağ” UEFA Avropa Liqasında növbəti oyununu keçirəcək.

Spacetv.az xəbər verir ki, Qurban Qurbanovun komandası qrupdakı üçüncü matçında “Sivasspor”la üz-üzə gələcək.

İlk iki oyunlarında məğlub olmuş hər iki komanda ilk dövrəni xalsız bitirməmək üçün mübarizə aparacaqlar.

Mövcud müharibə şəraiti ilə əlaqədar olaraq ev oyunlarını neytral meydanda – İstanbulda keçirən “Qarabağ” əvvəlcə Təl-Əvivdə “Makkabi”yə 0:1, ardınca isə “ev”də “Vilyarreal”a 1:3 hesabı ilə uduzub. Növbəti xal itkisi ağdamlıların qrupdan çıxmaq ehtimalını minimuma endirəcək.

Maraqlıdır ki, bu oyun “Qarabağ”ın rəsmi oyunlarda qardaş ölkə təmsilçiləri ilə ilk qarşılaşmasıdır.

Qeyd edək ki, “Sivasspor” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.

Avropa Liqası
İ qrupu, III tur
5 noyabr

21:55. “Sivasspor” (Türkiyə) – “Qarabağ” (Azərbaycan)
Baş hakim: Sandro Şarer (İsveçrə)
Sivas. “Yeni 4 Eylül” stadionu

Paylaş

 Xəbəriniz olsun