“Qarabağ”ın növbəti rəqibi müəyyənləşdi

  • Space TV
  • 31 Avqust 2020 14:10

“Qarabağ” komandasının UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi bəlli olub. 

Spacetv.az-ın məlumatına görə, Ağdam təmsilçisi bu raundda Norveçin “Mölde” klubu ilə üz-üzə gələcək. Ölkə çempionu matçını evdə keçirəcək. 

Qeyd edək ki, III təsnifat mərhələsinin oyunları sentyabrın 15-16-da gerçəkləşəcək. 

Paylaş

 Xəbəriniz olsun