“Qarabağ”ın məşqçisi: “13-14 futbolçumuz var”

  • Space TV
  • 2 Dekabr 2020 16:48

“Məlum səbəblərə görə az oyunçumuz var. 13-14 sağlam futbolçu qalıb”.

Spacetv.az xəbər verir ki, bu fikirləri “Qarabağ”ın məşqçisi Elçin Rəhmanov UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda İsrailin “Makkabi” (Təl-Əviv) komandasına qarşı matçdan əvvəl mətbuat konfransında deyib.

Mütəxəssis Mahir Emrelinin də koronavirusa yoluxduğunu xatırladıb: “Dua edirik ki, digər futbolçular sabaha tam hazır olsunlar”.

Qeyd edək ki, dekabrın 3-də Türkiyənin İstanbul şəhərindəki “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək “Qarabağ” – “Makkabi” matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Azərbaycan klubu ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir.

Paylaş

 Xəbəriniz olsun