“Qarabağın məşhur müəllimləri” – Qara bəy Əliverdilər

  • Space TV
  • 15 Dekabr 2020 12:07

Spacetv.az  xəbər verir ki, Təhsil Nazirliyinin “Qarabağın məşhur müəllimləri” layihəsinin növbəti siması ictimai-siyasi xadim Qara bəy Əliverdilərdir.

Qara bəy 1879-cu ildə Şuşa qəzasının Pərioğlular obasında anadan olub.

Şuşa realnı məktəbini bitirib. Azərbaycan Xalq Cümhuriyyəti dövründə parlamentin üzvü olub. O, uzaqgörən dövlət xadimi və siyasətçi kimi savadlı gənclik yetişdirmək, bununla da xalqımızın sağlam gələcəyini təmin etmək üçün səhiyyə və maarifi ümumxalq hərəkatına çevirmək xətti yeridib. Onun təşəbbüsü ilə Qarabağda məktəb və səhiyyə ocaqları tikilib.

Qeyd edək ki, “Qarabağın məşhur müəllimləri” layihəsi çərçivəsində Qarabağda doğulan və pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunur. Layihənin məqsədi əslən Qarabağdan olan məşhur müəllimləri yad etməkdir.

Paylaş

 Xəbəriniz olsun