“Qarabağın məşhur müəllimləri” layihəsinə başlanılır

  • SpaceTV
  • 21 Oktyabr 2020 15:02

Təhsil Nazirliyi “Qarabağın məşhur müəllimləri” adlı yeni layihəyə start verir.

Nazirlikdən Spacetv.az-a verilən məlumata görə, layihə çərçivəsində Qarabağda doğulan, həmçinin vaxtilə pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunacaq.

Layihənin məqsədi müzəffər Azərbaycan Ordusunun qələbə xəbərlərinə sevindiyimiz bu günlərdə Qarabağın məşhur müəllimlərini yad etməkdir.

Paylaş

 Xəbəriniz olsun