“Qarabağ”ın futbolçusu İngiltərə klubunun son 10 ildə ən yaxşıları arasına düşdü

  • Space TV
  • 20 Dekabr 2019 14:37

İngiltərənin “Bornmus” klubunun fanatları komandanın son 10 il ərzində ən yaxşı qapıçılarına səs verib.

SPACE TV xəbər verir ki, Premyer Liqa klubunun ən yaxşı qapıçısı adına polşalı Artur Boruts yiyələnib. Fanatların 77 faizi ona səs verib. 

2008-2014-cü illərdə bu klubun şərəfini qorumuş Şivan Cəlal ikinci olub. İraq kürdü olan 36 yaşlı qapıçıya 18 faiz fanat səs verib.

Hazırda “Qarabağ”da icarə əsasında çıxış edən Asmir Beqoviç isə üçüncü olub. 32 yaşlı bosniyalı qolkiper 3 faiz səs toplayıb. 2011-2015-ci illərdə bu klubda çıxış etmiş və 2016-cı ildən karyerasını bitirmiş 41 yaşlı Daril Flahayvan isə 2 faizlə dördüncü olub.

Qeyd edək ki, Asmir Beqoviç bu gün “Qarabağ”da son oyununu keçirə bilər. O, Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab görüşündə “Keşlə” ilə matçdan sonra Azərbaycanı tərk edərək müqavilə ilə məxsus olduğu İngiltərə klubuna qayıdacaq. 

Paylaş

 Xəbəriniz olsun