“Qarabağ”ın eks-ulduzu gözlənilmədən karyerasını bitirdi

  • Space TV
  • 3 Mart 2021 11:05

“Qarabağ”ın sabiq futbolçusu Miçel karyerasını başa vurub.

Spacetv.az xəbər verir ki, bu barədə İspaniyanın elcomercio.es saytı məlumat yayıb.

Qeyd edək ki, əsl adı Miqel Markos Madera olan 35 yaşlı yarımmüdafiəçi 2015-2020-ci illərdə “Qarabağ”da çıxış edib. Ağdam komandasında 159 oyuna 30 qol vurmuş futbolçu gözlənilmədən ötən il iyulun 17-də klubla müqaviləsini pozub və Azərbaycanı tərk edib. Oktyabrın 5-də isə İspaniyanın III divizion klubu olan “Marino” ilə müqavilə bağlayıb.

Paylaş

 Xəbəriniz olsun