“Qarabağ”ın Çempionlar Liqasındakı oyunu üçün tanış hakim

  • SpaceTV
  • 13 Avqust 2020 11:22

Çempionlar Liqasının I təsnifat mərhələsində keçiriləcək “Qarabağ” – “Sileks” oyununun hakimləri bəlli olub.

Spacetv.az xəbər verir ki, UEFA Bakıdakı matçı Ukraynadan olan hakimlər briqadasına tapşırıb.

Matçın baş hakimi Yaroslav Kozık olacaq. Ona yan xətt hakimləri Viktor Nijnik və Vladimir Korotin kömək edəcək.

Dördüncü hakim funksiyasını Anatoli Abdula icra edəcək. Oyunun hakim-inspektoru isə macarıstanlı Atilla Abraham olacaq.

Qeyd edək ki, Yaroslav Kozık iki dəfə Azərbaycan klublarının iştirakı ilə oyunları idarə edib. Hər iki halda təmsilçilərimiz qələbə qazana bilməyib. 2015/16-cı illər mövsümündə Avropa Liqasının II təsnifat mərhələsində “İnter” (indiki “Keşlə”) İslandiyanın “Hafnarfyordur” klubu ilə Bakıda 120 dəqiqəlik oyun keçirib və görüş 2:2 hesabı ilə başa çatıb.

2016/2017-ci illər mövsümündə isə Avropa Liqasının I təsnifat mərhələsində “Neftçi” Bakıda Maltanın “Balzan” klubuna 1:2 hesabı ilə uduzub. Bununla belə, hər iki halda komandalarımız mərhələ adlamağı bacarıb.

Qeyd edək ki, “Qarabağ” – “Sileks” oyunu avqustun 18-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Paylaş

 Xəbəriniz olsun