“Qarabağ”dan ayrılan hücumçu Türkiyə klubuna keçdi

  • Space TV
  • 5 Sentyabr 2020 12:59

2019/2020 mövsümünün sonunda “Qarabağ”dan ayrılan Maqaye Qeyenin yeni klubu müəyyənləşib.

Spacetv.az “Ajanspor”a istinadən xəbər verir ki, Seneqal əsilli fransalı hücumçu karyerasını Türkiyədə davam etdirəcək.

30 yaşlı forvard 2015 – 2018-ci illərdə də çıxış etdiyi “Adanaspor”la anlaşıb. Birinci liqa təmsilçisinin tezliklə bu transferi açıqlayacağı gözlənilir.

Qeyd edək ki, ötən mövsüm “Qarabağ”ın formasını geyinmiş M.Qeye meydana çıxdığı 28 oyunda 8 qol vurub.

Paylaş

 Xəbəriniz olsun