Qarabağda strateji əhəmiyyətə malik dəmiryolu xətti çəkilir – AÇIQLAMA

  • Space TV
  • 19 Fevral 2021 12:31

“Horadiz-Zəngilan-Ağbənd dəmir yolu xəttinin uzunluğu 100 kilometrdir. Dəmir yolu böyük strateji əhəmiyyətə malikdir”.

Spacetv.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Füzuli Rayon İcra Hakimiyyətinin şöbə müdiri Bayram Niftəliyev bildirib.

Onun sözlərinə görə, sözügedən dəmir yolu xətti ilə işğaldan azad edilmiş ərazilərə vətəndaşların gediş-gəlişi təmin olunacaq;

“Eyni zamanda, bu dəmir yolu xətti ilə yüklər daşınacaq ki, bu da böyük əhəmiyyətə malik olacaq”.

Şöbə müdiri qeyd edib ki, gələcəkdə Horadiz-Zəngilan-Ağbənd dəmir yolu xətti Naxçıvana qədər gedəcək.

Paylaş

 Xəbəriniz olsun